EN

Lənkəranda yol qəzası - Xəsarət alan var

Lənkəranda baş vermiş yol qəzası nəticəsində 28 yaşlı kişi xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Lənkəran–Lerik magistral yolunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı avtomobil VAZ-21012 markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə Kərgəlan kənd sakini, 1997-ci il təvəllüdlü Cəbi Xəzail oğlu Quluzadə müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb və müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC

Chosen
33
1
bakivaxti.az

9Sources