UEFA Çempionlar Liqasında 5-ci turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
QOL.az xəbər verir ki, bu ada “Real”dan Kilian Mbappe, Dortmund “Borussiya”sından Seru Girassi, PSJ-dən Vitinya və “Marsel”dən Pyer-Emerik Obameyanq namizəddir.
Qalib UEFA-nın saytında keçirilən sorğuda müəyyənləşəcək.
