EN

İRİA yeni vençur maliyyələşmə mexanizminə 1 milyon dollar vəsait qoyacaq

Bakı. Trend:

Hal-hazırda ölkədə vençur investisiya fondlarının yaradılmasıməsələsi beynəlxalq tendensiyalara və ekosistemin ehtiyaclarınauyğun şəkildə ardıcıl təhlil olunur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişafAgentliyindən (İRİA) bildirilib.

Qeyd edilib ki, yaxın dövrdə bu sahədə beynəlxalq əməkdaşlığınvə yeni investisiya fondlarının aktiv şəkildə inkişafıgözlənilir:

“Startaplar üçün infrastruktur, maliyyələşmə yolları və bazaraçıxış imkanlarının artırılması əsas prioritetlərdir. Eyni zamandabu ilin sentyabr ayında “INMerge” İnnovasiya Sammitində “White HillCapital” fondu ilə birlikdə ölkəmizdə “Tumar Ventures” adlı yenivençur maliyyələşmə mexanizminin yaradıldığını elan edildi və təsissazişi imzalandı. "Tumar Ventures "un nizamnamə kapitalı 1 milyonABŞ dolları təşkil edir və ilkin olaraq İRİA tərəfindənmaliyyələşdiriləcək. İlkin mərhələdə 1 milyon ABŞ dolları vəsaitqoyuluşu nəzərdə tutulur və bu istiqamətdə müvafiq danışıqlaraparılır”.

Eyni zamanda indiyədək agentliyin dəstəyi ilə fəaliyyət göstərənvençur fondları tərəfindən layihə və startaplara investisiyayatırımlarından da bəhs edilib. Bildirilib ki, İnnovasiya vəRəqəmsal İnkişaf Agentliyi qabaqcıl dünya təcrübəsini vəAzərbaycandakı ekosistemin ehtiyaclarını təhlil edərək fəaliyyətinibeş sütun üzərində formalaşdırıb:

“Startaplar üçün infrastruktur, maliyyələşmə və bazarəlçatanlığına dəstək göstərilməsi, eyni zamanda, ekosistemdaxilində insan kapitalı və innovasiya mədəniyyətinin inkişafetdirilməsini qeyd edə bilərik. Beləliklə, bizim ekosistemquruculuğuna baxışımız bu beş fundamental prinsipi ehtiva edir.

Startapların maliyyələşmə resurslarına çıxışı istiqamətində isə2022-ci ildə Agentliyimizin dəstəyi ilə yaradılmış “CaucasusVentures” fondu bugünədək 30-a yaxın startapa dəstək göstərib”.

Bundan başqa, xarici vençur kapital fondlarının Azərbaycanamarağını artırmaq üçün hansı təşviq mexanizmləri və hüquqiislahatlar üzərində görülən işlər də açıqlanıb. Vurğulanıb ki,xarici vençur kapital fondlarının Azərbaycana marağını artırmaqüçün əsas iki istiqamətdə fəaliyyət göstərilir: “Birincisi,qanunvericiliyin təkmilləşdirilməsi və vençur maliyyələşməsi üçünlazımi hüquqi bazanın formalaşdırılmasıdır. Burada biz aidiyyətidövlət qurumları ilə birgə qanunvericilik üzərində iş aparırıq.Agentlik bu sahədə son üç il ərzində işləyir və müvafiqqanunvericilik aktlarının yenilənməsi, investorlar üçün şəffaf vəəlverişli mühitin yaradılmasına fokuslanıb.

İkincisi, beynəlxalq konfranslar və tədbirlər təşkil edilir vəqlobal əlaqələr qurulur. Bu istiqamətdə də agentlik aktiv işləyir,dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə beynəlxalqsəviyyəli innovasiya sammitləri və tədbirlər keçirilir. Məsələn,Azərbaycanda təşkil olunan “INMerge Innovation Summit” və digərtədbirlər uğurlu nümunə sayıla bilər”.

“Ayrıca, qarşılıqlı investisiya təşviqi modeli çərçivəsində,hazırda agentliyin iştirakı ilə kapital yerləşdirmə mexanizmiişlədilir. Bunun bariz nümunəsi kimi Qazaxıstan əsaslı “WhiteHillCapital” vençur fondunun Azərbaycanda fəaliyyət göstərən “TumarVentures” MMC ilə birlikdə hər Azərbaycan mənşəli innovativlayihələrə investisiya etdiyi 1 dollara qarşılığında Qazaxıstanfondu tərəfindən 2 dollar investisiya edilməsi misal göstəriləbilər.

Agentlik bu sahədə fəaliyyətlərini növbəti illərdə də davametdirməyi planlaşdırır və xarici investorlar üçün daha açıq vəeffektiv mexanizmlər üzərində işləyir”, - deyə məlumatda qeydedilib.

Chosen
18
2
az.trend.az

3Sources