Sabah paytaxtda "Mövsüm yarmarkası" keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, yarmarkada 30-a yaxın regiondan iştirak edəcək 55-ə yaxın fermer 120-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı olacaq. Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.
Yarmarka həftəsonu 9:00-dan 19:00-dək Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.
Telegram kanalımız