EN

"Qarabağ" bu göstəriciyə görə ÇL-nin ən zəiflərindəndir

BAKI, 27 noyabr. TELEQRAF

"Qarabağ" UEFA Çempionlar Liqasında ən az ötürmə verən komandalar arasındadır.

Teleqraf-ın məlumatına görə, Ağdam təmsilçisinin futbolçuları geridə qalan V tur ərzində cəmi 1903 (1498-ü dəqiq) ötürmə verib.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu göstəricidə 36 klub arasında 31-ci pillədədədir.

"Qarabağ" həmçinin açar ötürmələr sayına görə də liqanın ən zəiflərindədir. Belə ki, "köhlən atlar" 444 ötürmə ilə bu göstəricidə 34-cü sıradadır.

Qeyd edək ki, "Qarabağ" V turdan sonra 7 xalla 19-cu pillədə qərarlaşıb.

Chosen
140
2
teleqraf.com

3Sources