Rusiya İrana yeni zirehli avtomobillər göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tabnak” məlumat yayıb.
“Rusiya İran Silahlı Qüvvələrinə 20 ədəd “Spartak” markalı zirehli maşın göndərib.
Eyni zamanda, MRAP – minaya davamlı, pusqudan qorunan avtomobillərin FƏRACA (İran Polis Komandanlığı) tərəfindən sərhəd bölgələrində istifadə üçün sifariş edildiyi və tədricən ölkəyə gətiriləcəyi bildirilir”, – məlumatda qeyd edilib.