EN

Rusiyadan dəhliz açıqlaması: Azərbaycan bizim dostumuzdur

BAKI, 27 noyabr. TELEQRAF

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiyaya dost ölkələrdən keçir və buna görə də rəqiblər tərəfindən geosiyasi ziqzaqlara məruz qalmır”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski deyib.

“Bir neçə il əvvəl geosiyasi rəqiblərimizin iqtisadiyyatı silah, hibrid müharibə vasitəsi kimi istifadə etməyə başladığını xatırlayırıq. Buna görə də olduqca vacibdir ki, bizim dəhliz dost ölkələrin ərazisindən keçir və geosiyasi ziqzaqlara məruz qalmır”, - o bildirib.

Biriçevskinin sözlərinə görə, nəqliyyat dəhlizi gələcəkdə daha da inkişaf etdiriləcək, mövcud yolların keçid qabiliyyəti artırılacaq və yeni tələb olunan marşrutlar yaradılacaq. Rusiya rəsmisi əlavə edib ki, hazırda Rəşt–Astara dəmir yol xəttinin yaradılması üzərində iş gedir.

2023-cü ildə Rusiya və İran Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 km-lik hissəsinin birgə tikintisi barədə razılığa gəliblər. Bu yol İran və Azərbaycan arasında Bəsrə körfəzi limanlarına fasiləsiz keçidi təmin edəcək. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.

Şimal-Cənub dəhlizi Asiya ölkələrindən Avropaya sərnişin və yük daşımaları üçün multimodal marşrutdur. Xətt Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirir.

Chosen
19
1
teleqraf.com

2Sources