EN

“Meydan hərəkatı boyu xalqdan 12-15 milyon rubl məbləğində pul yığılıb. Ancaq...”

Meydandakı hərəkatla bağlı Vəzirovun iştirakıyla Nümayiş komitəsi yaradıldı...
 
Nümayiş komitəsinə Psixiatriya xəstəxanasından da pul yığılıb...
 
...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
 
Noyabrın 25-də, cümə günü 26 Bakı Komissarı(indiki Sahil-S.L.) rayonunun 1-ci katibi Vəli Məmmədov çıxış edib “Nümayiş komitəsi” adlı yeni bir təşkilatın yaradıldığını elan edərək dedi:
 
“Biz dünən toplanıb bu komitəni yaratdıq...”(İstintaq materialları, XXIX cild, s. 238) 
 
Şahidin dindirilmə protokolu:
 
Rüstəmxanlı Sabir Xudu oğlu (26 yanvar 1989-cu il. Müstəntiq O.S.İlin).
...Şəhərdə komendant saatı elan edildikdən sonra vəziyyəti düzəltməyi müzakirə etmək üçün 26 Bakı Komissarları rayon partiya komitəsinin təşəbbüsü ilə 160 nömrəli məktəbin binasına yığışdıq. Bura Əbdürrəhman Vəzirov da dəvət edilmişdi. O, burada böyük bir nitq söylədi. Bu, yeni bir təşkilatın – “Nümayiş komitəsi”nin yaranmasına səbəb oldu. Bu təşkilata, əsasən, ziyalıların nümayəndələri daxil oldular. Qeyri-formalların liderləri M.Hatəmi və N.Pənahovu da ora cəlb etmək istədik. Ancaq onlar bir dəfə iştirak etdikdən sonra daha ora gəlmədilər. Bu cəmiyyətin lideri yox idi. Üzvləri isə Firudin Cəlilov, İ.Tariqpeyma, N.Quliyev, N.Nəcəfov, İsa Qəmbərov və s. idi. Mənim tanımadıqlarım da vardı... (III cild, s.194).
 
...Səfər Alışarlının 27 mart 1989-cu il şahid ifadəsindən: 
 
Ayın 24-də mən mikrofondan siyahı oxudum. Həmin adamlar meydanda ictimai asayişi qorumaq üçün “Nümayiş komitəsi”ni (qısa “NK” - Ә.Ә.) yaratmalı idi. Ayın 26-da saat 8-də Bakı şəhər 26 Bakı Komissarları rayon partiya komitəsinin binasına getdim. Ora 50 nəfərə qədər adam yığışmışdı. S.Rüstəmxanlı, F.Cəlilov da orada idilər. Rayon partiya komitəsinin birinci katibi Vəli Məmmədov yığıncaq üçün yer ayrıldığını dedi. Yığıncağa Azərb.KP MK-nın birinci katibi Ə.Vəzirov da gəldi və çıxış etdi. Oradaca “NK” yaratmaq qərarına gəldik. F.Cəlilov onun sədri seçildi. Sonra “NK” Lenin prospekti (indiki Azadlıq pr.) 5-də qərargah yeri aldıq (XXII cild, s.109-111).
 
Bakı şəhəri 3 saylı taksimotor parkının sürücüsü Hüseynov Ələkbər Məmmədəli oğlunun şahid ifadəsindən: 
 
İşdən 2065 manat pul yığıb Lenin prospektindəki “JEK”-in binasına gəldik (“NK” yerləşdiyi yer - Ә.Ә.). Orada 6-7 nəfər adam var idi. Stolun arxasında mənim tanıdığım Aydın Məmmədov oturmuşdu. O, bizə yanda dayanmış bir kişini göstərib (Hacıyev familiyalı) pulu ona verməyimi xahiş etdi. O, Ermənistan qaçqını idi. Biz pulu ona verdikdən sonra bir jurnala qol çəkdik. Deməklərinə görə bankda hesab hələ açılmamışdı. Biz jurnala baxanda pul verən müəssisələrin adlarını gördük. Bizdən qabaq Psixiatriya xəstəxanasının adı yazılmışdı... 
 
...Biz ikinci dəfə pul verməyən sürücülərdən də pul yığıb (bu dəfə 2790 manat) həmin fonda gəldik. Yenə də hesab açılmamasını bəhanə edib, bu pulları da dəftərə yazmadılar. Bizim parkdan başqa pul yığılmayıb...
  ...Bizim taksimotor parkında çoxlu ermənilər var. Onları heç kəs işdən azad etməyib, münasibətimiz də azərbaycanlılara olan kimidir...
 
Həmin parkın işçisi Dadaşov Səməd Ağadadaş oğlu, Ə.M.Hüseynovun ifadəsini tam təsdiq edib göstərir ki, həqiqətən 27 noyabrda - 2065 manat, 29 noyabrda - 2790 manat pul yığıb Lenin prospekti 5-də yerləşən Nümayiş Komitəsinə təhvil ve-riblər. Burada o, həmçinin, Bəhmən Sultanlını və Vurğun Əyyu-bovu da gördüyünü qeyd edir (XXX cild, s.58-59).
 
Quliyev Nurәddin Әzmulla oğlu 21 dekabr 1989-cu il şaһid ifadәsindә göstәrir ki, ...15 nәfәrә qәdәr tәlәbә gәnclәr V.İ.Lenin prospekti 5-dә olan Komitәyә (Onlar  I Zabratdan idilәr) 34 әdәd 100-lük 3%-li zayom (istiqraz-Ə.Ə.) verdilәr. Mәn onları Bәһmәn Sultanova verdim. O, һәmin zayomların nömrәlәrini tәmiz vәrәqә yazdı. Pasport nömrәlәrini dә. 22-23 yaşında olan bu uşaqlar dәyәsәn tәlәbә idilәr. Onlara “raspiska”  verilib-verilmәdiyini dә dәqiq deyә bilmәrәm. B.Sultanov һәmin zayomları stolun üstündәki qara diplomata qoydu. Hansı ki, ora gәtirilәn pulları yığırdı. Onların sonrakı taleyindәn xәbәrsizәm...( X cild, s.136.)
 
Bakı şəhər zəhmətkeşlərinin “Nümayiş Komitəsi”nin sədri Firudin Cəlilovun 30 noyabr 1988-ci ildə Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasının (JFS) direktoru N.Quliyevin adına imzaladığı məktubda müəssisənin hesabına 151 manat 60 qəpik pul keçirməklə 500 ədəd Nümayiş Komitəsi üçün xüsusi nişan düzəltmək xahiş edilir (direktorun xətti ilə bu ədəd 2500 edilib). Sonra nişanın eskizi verilmişdir (XXX cild, s. 126-134).
P.S. Belə çıxır ki,  respublika rəhbərliyinin göstərişi ilə Nümayiş komitəsi yarandıqdan sonra həm Nemət Pənahlının dəstəsi ilə paralel həmin komitə üzvləri də xalqdan pul yığıb.         
 
Ənvər Əliyev Moderator.az-a açıqlamasında bunu təsdiqləyərək bildirib ki, o özü heç bir pul yığma prosesində, o cümlədən hökumət tərəfindən yaradıldığı üçün Nümayiş komitəsində də iştirak etməyib: 
 
Meydanda başqa pul yığan dəstələr də olub, amma onlar sonradan sıradan çıxıb. Nemət Pənahlı ilə Əbülfəz bəyin tərəfdarları birgə pul yığırdılar. Sonradan onların arasında mübahisələr yarandı... Bu haqda- 2 milyon rubl məsələsi barədə “Meydan sirləri” kitabımda da ətraflı yazılıb.  Onların da, Nümayiş komitəsinin üzvlərinin də yığdıqları pulların bir hissəsi aktla Bakı hərbi komendantı tərəfindən alınıb. Pulları hara xəcləmələri barəsində istintaqa ifadələr də veriblər. Mənim araşdırmalarıma görə, ümumilikdə Meydan hərəkatı boyu xalqdan 12-15 milyon rubl məbləğində pul yığılıb. Ancaq o məbləğin cəmi-cümlətanı 120 min rublu rəsmən istintaq qrupuna ödənilib...” 
 
(Davamı var)
 
Qeyd:
 
Materialda adları çəkilən şəxslərin şərhlərini dinləməyə hazırıq.
 
Təqdim etdi: Sultan Laçın
 
Chosen
24
1
moderator.az

2Sources