
“Moskva KTMT-yə üzv dövlətlərin Rusiya silahları ilə təchiz edilməsi üçün genişmiqyaslı proqrama başlamağı təklif edir”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT-nin Qırğızıstanda keçirilən sammitində deyib.
“Biz kollektiv qüvvələrin faktiki hərbi əməliyyatlarda effektivliyini sübuta yetirmiş müasir silah və texnika ilə təchiz edilməsi üzrə genişmiqyaslı proqrama start verilməsini təklif edirik”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ölkələr arasında müttəfiqlik, dostluq və mehriban qonşuluq prinsipləri əsasında əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Putin qeyd edib ki, Moskva həmçinin KTMT-nin hərbi potensialının gücləndirilməsi istiqamətində müttəfiqləri ilə əməkdaşlığı davam etdirəcək.
Daşqın HəsənovMissiya.Az