AzVision.az xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının mətbuat dəftərxanasının “Ağ kitabı”nda belə deyilir.
“Yeni dövrdə Çinin silahlara nəzarətvə onların yayılmamas, tərksilah”adlı Ağ kitabda bildirilir ki, bəzi ölkələr “Qızıl Qübbə” qlobal raketdən müdafiə sistemini inkişaf etdirir və kosmik təhlükəsizliyə təhlükə yaradan silahları kosmosda yerləşdirməyə çalışırlar.
“Çin qəti şəkildə buna qarşı çıxır və ayrı-ayrı ölkələri qlobal raketdən müdafiə sistemlərini inkişaf etdirməyi və hərbi xidmətə qoyulmasını, raketlərin və digər hücum silahlarının öncül məkanlarda yerləşdirilməsini dayandırmağa çağırır”,- sənəddə vurğulanır.
Xatırladaq ki, bu ilin may ayında prezident Donald Tramp “Qızıl Qübbə”nin ABŞ-nin mövcudluğuüçün vacib olduğunu bəyan edib. Onun sözlərinə görə, administrasiya bu layihəyə təxminən 175 milyard dollar ayırmağı planlaşdırır.
Sentyabrda ABŞ-də “Qızıl Qübbə” hava və kosmik raketdən müdafiə sisteminin yaradılmasına rəhbərlik edən Kosmik qüvvələrin generalı Maykl Qütleyn layihənin artıq tamamlandığını açıqlayıb.
ABŞ-nin Kosmik qüvvələrinin məlumatlarına istinad edən “Bloomberg” agentliyi isə, noyabrın 4-də Vaşinqtonun Rusiya və Çin peyklərinin işini neytrallaşdırmaq üçün nəzərdə tutulmuş iki yeni silah növünü orbitdə yerləşdirməyə yaxın olduğunu yazmışdı. Yeni silahların bütün dünyada yerləşdiriləcəyi və uzaqdan idarə oluna biləcəyi qeyd edilirdi.
Sahil İsgəndərov
AzVision.az