“Barselona”nın müdafiəçisi Andreas Kristensen karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi “Latsio”ya keçmək niyyətindədir.
Danimarka millisinin üzvünün “Barsa” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Kristensen “Çelsi”, “Borussiya”(Münhenqladbax) klublarının formasını geyinib.
“Latsio” İtaliya A seriyasında 18 xalla 8-ci pillədədir.
saytlarin hazirlanmasi