EN

Dünyanın ən güclü qadını kişi çıxdı: Ünvanı geri alındı

ain.az bildirir, Sherg.az portalına istinadən.

ABŞ-nin Texas ştatında həftəsonu keçirilən yarışmada “Dünyanın Ən Güclü Qadını” titulunu qazanan Jammie Bukerin əslində kişi olaraq doğulduğu məlum olub. Bu səbəbdən onun titulu əlindən alınıb və o, yarışmadan diskvalifikasiya edilib.

Sherg.az xəbər verir ki, rəqiblərini qabaqlayaraq birinci yeri tutan Buker yarışmadan cəmi bir neçə gün sonra yarışma qaydalarını pozduğu üçün sıralamadan çıxarılıb. “Nyu- York Post” yazır ki, Bukerin kişi olaraq dünyaya gəldiyi, lakin bunu təşkilatçılara bildirmədiyi ortaya çıxıb.

Təşkilatçılar bildiriblər ki, yarışma şərtlərinə əsasən idmançılar doğulduqları cinsə uyğun kateqoriyada iştirak etməlidirlər. Bukerin bu qaydanı pozduğu rəsmən təsdiqlənib.

Hadisə üzə çıxandan sonra Jammie Buker diskvalifikasiya edilib və titulu geri alınıb. Təşkilatçılar bildiriblər ki, buna uyğun olaraq yarışmanın yekun sıralaması yenilənəcək.

Təşkilatın açıqlamasında qeyd olunub ki, bu məlumat yarışmadan əvvəl və ya yarış zamanı bilinsəydi, idmançının qadınlar kateqoriyasında iştirakına ümumiyyətlə icazə verilməzdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
sherg.az

1Sources