“Driskoll Rusiyanın istehsal etdiyi sürətlə dəUkraynaya raketlər atdığını bildiridi. Onun sözlərinə görə, indi isə Rusiya uzaqmənzilli silah ehtiyatı toplamaq üçün kifayət qədər raket istehsal edir. Driskollun mesajı aydın idi: Ukraynanın hüdudlarından kənara da yayıla biləcək raket təhlükəsi ilə bağlı müharibənin tez bir zamanda həlli lazımdır”,- adları açıqlanmayan qərbli məmurlar qəzetə açıqlamalarında deyiblər.
Onlar Rusiyanın öz hərbi gücünü artırması xəbərininhəyəcanverici olduğunu və Driskollun xəbərdarlığının rezonans doğurduğunu söyləyiblər.
![]() |
| Vaşinqtonun şərti: “Öncə sülh sazişi” |
- İlkin “sülh təklifi” dəyişikliyə məruz qalsa da, Tramp administrasiyasının müharibədə Rusiyanın üstünlüyü olması və Ukraynanın tezliklə nizamlanmaya razılıq verməsi ilə bağlı arqumenti qüvvədə qalır”,- qəzet vurğulayır.
KİV-lər həmçinin bildiriblər ki, Driskoll Kiyevə səfəri zamanı Ukrayna rəsmilərinə “qarşıdan gələn məğlubiyyət təhlükəsi” və döyüşlərin davam edəcəyi təqdirdə Ukraynanın danışıqlardakı mövqeyinin pisləşəcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, bundan əvvəl məlumatlı mənbələrin açıqlamalarına istinad edən “Poltico” nəşri yalnız sülh sazişi imzalandıqdan sonra Birləşmiş Ştatların Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olduğunu yazıb.
Sahil İsgəndərov
AzVision.az
