Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrinin məlumatına görə, Deniel Driskoll bununla da müharibənin “tez həlli” ideyasını təşviq edir. “Driskoll Rusiyanın istehsal etdiyi sürətlə də Ukraynaya raketlər atdığını bildiridi. Onun sözlərinə görə, indi isə Rusiya uzaqmənzilli silah ehtiyatı toplamaq üçün kifayət qədər raket istehsal edir. Driskollun mesajı aydın idi: Ukraynanın hüdudlarından kənara da yayıla biləcək raket təhlükəsi ilə bağlı müharibənin tez bir zamanda həlli lazımdır”, - adları açıqlanmayan qərbli məmurlar qəzetə açıqlamalarında deyiblər. Onlar Rusiyanın öz hərbi gücünü artırması xəbərinin həyəcanverici olduğunu və Driskollun xəbərdarlığının rezonans doğurduğunu söyləyiblər. 
Vaşinqtonun şərti: “Öncə sülh sazişi”
Nəşrin iddiasına görə, ənənəyə sadiq qalsa idi, ABŞ çox güman ki, Rusiyanı silah ehtiyatı saxladığına görə tənqid edərdi. Halbuki, indi onların istehsalı ilə bağlı mesajlardan Ukrayna üçün əlverişsiz olan sülh sazişini satmaq vasitəsi kimi istifadə etməyə çalışır. - İlkin “sülh təklifi” dəyişikliyə məruz qalsa da, Tramp administrasiyasının müharibədə Rusiyanın üstünlüyü olması və Ukraynanın tezliklə nizamlanmaya razılıq verməsi ilə bağlı arqumenti qüvvədə qalır”, - qəzet vurğulayır. KİV-lər həmçinin bildiriblər ki, Driskoll Kiyevə səfəri zamanı Ukrayna rəsmilərinə “qarşıdan gələn məğlubiyyət təhlükəsi” və döyüşlərin davam edəcəyi təqdirdə Ukraynanın danışıqlardakı mövqeyinin pisləşəcəyi barədə xəbərdarlıq edib. Xatırladaq ki, bundan əvvəl məlumatlı mənbələrin açıqlamalarına istinad edən “Poltico” nəşri yalnız sülh sazişi imzalandıqdan sonra Birləşmiş Ştatların Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olduğunu yazıb. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.