Â
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmovun, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin və institutun  əməkdaşlarının iştirakı ilə qəhvəyi mərmər bağacığına (QMB) qarşı bioloji mübarizənin tətbiqi və  bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsi məsələlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.19.2022-ci il tarixli 819s saylı qərarına uyğun olaraq təsdiq edilmiş fəaliyyət planının icrası çərçivəsində ölkə ərazisində QMB-yə qarşı mübarizədə bioloji mübarizə metodlarının tətbiqi imkanlarının araşdırılması, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi perspektivləri müzakirəsi olunub.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov respublika ərazisində qəhvəyi mərmər bağacığına qarşı aparılan kompleks mübarizə tədbirləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, son illər aparılan monitorinq və mübarizə tədbirləri nəticəsində zərərvericinin yayılma arealı nəzarətdə saxlanılır, lakin kimyəvi mübarizə ilə yanaşı, ekoloji baxımdan təhlükəsiz və uzunmüddətli effekt verən bioloji mübarizə metodlarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Cəfər Məhərrəmov çıxışında bioloji mübarizədə istifadə olunan Samuray arısının təbiətdə mövcudluğunun öyrənilməsi, laborator şəraitdə çoxaldılması və təbiətə buraxılmasının perspektivlərindən bəhs edib. O, həmçinin QMB-nin digər təbii düşmənlərinin aşkar edilməsi və onların yerli şəraitdə adaptasiya imkanlarının araşdırılmasının vacibliyini vurğulayıb.
Cəfər Məhərrəmov bioloji mübarizənin üstünlüklərinə toxunaraq bildirib ki, bu metod ətraf mühit üçün təhlükəsizdir, faydalı orqanizmlərə zərər vermir, torpaq və su ehtiyatlarının çirklənməsinin qarşısını alır, eyni zamanda kənd təsərrüfatı məhsullarının ekoloji təmizliyinin təmin edilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, bioloji mübarizənin tətbiqi dayanıqlı kənd təsərrüfatının formalaşdırılması və məhsuldarlığın qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov bioloji mübarizənin üstünlükləri , bu sahədə aparılan elmi tədqiqat işlərinin və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini bildirdi.
Tədbirdə Azərbaycan şəraitində qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə məqsədilə aparılacaq elmi-tədqiqat proqramlarının əsas istiqamətləri müzakirə edilib. Alimlər tərəfindən əldə edilən elmi nəticələrin praktik sahədə tətbiqinin vacibliyi qeyd olunub, elmi müəssisələrlə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti ön plana çəkilib.
Tədbirin sonunda tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib, elmi-tədqiqat işlərinin genişləndirilməsi və bioloji mübarizə tədbirlərinin mərhələli şəkildə tətbiqi ilə bağlı razılıq əldə olunub.