Paytaxtın Yasamal rayonunda evdən xeyli miqdarda oğurluq edilib.
Publika.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaş polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyası və 220 manat pulunun talandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı S.Dadaşova müəyyən olunaraq saxlanıb.
Araşdırmalarla onun noyabrın 1-dən 25-dək olan müddətdə xadimə kimi çalışdığı evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.