EN

Dünyanın ən güclü qadını KİŞİ ÇIXDI

Yazını böyüt
Yazını kiçilt

Həftəsonu Texasda keçirilən yarışda rəqiblərini məğlub edən Cemmi Buker dünyanın ən güclü qadını olub.

Hafta.az-ın yazdığına görə, yarışda qalib gəldikdən bir neçə gün sonra Cemmi Bukerin yarışdan kənarlaşdırıldığı elan edilib. "New York Post" qəzetinin məlumatına görə, Bukerin kişi doğulduğunu təşkilatçılara bildirmədiyi məlum olub.

Buker idmançıların doğum cinslərinə uyğun kateqoriyada yarışmaları tələb olunmasına baxmayaraq, yarış qaydalarını pozmaqda ittiham olunurdu.

Onun kişi doğulduğu məlum olduqdan sonra təşkilatçılar Bukeri yarışdan kənarlaşdırıb və titulundan məhrum ediblər. Təşkilatçılar yarışdan kənarlaşdırıldıqdan sonra reytinqlərin müvafiq olaraq tənzimlənəcəyini açıqlayıblar.

Təşkilat bəyanat yayaraq bildirib ki, əgər bu, yarışdan əvvəl və ya yarış zamanı məlum olsaydı, əvvəldən qadınlar kateqoriyasında yarışmasına icazə verilməzdi.

Chosen
39
hafta.az

1Sources