EN

Vatikan Dövlət Başçısı Papa XIV Leo Türkiyədədir

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vatikan Dövlət Başçısı Papa XIV Leo Türkiyədədir.

"Yeni Sabah" anadolu-ya xəbər verir ki, Roma Papasını Ankaranın Esenboğa Hava Limanında mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər proqramına uyğun olaraq, Papa XIV Leo gün ərzində Atatürk mavzoleyini ziyarət edəcək və daha sonra Prezident Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşəcək.

Təyyarədə onu müşaiyət edən 70-dən çox media nümayəndəsinə verdiyi açıqlamada Papa XIV Leo Türkiyə yolunda dünyaya sülh mesajı verib.

“Səfərin həm xristianlar, həm də bütün dünya üçün daşıdığı böyük məna səbəbindən bu ziyarəti reallaşdırdığım üçün çox xoşbəxtəm,” – deyə Papa bildirib.

O, Türkiyə və Livanda keçirəcəyi görüşlərə toxunaraq bunların qlobal sülh mesajının bir hissəsi olduğunu vurğulayıb:

“Bu səfərdə bir daha bütün dünya üçün sülhün nə qədər vacib olduğunu çatdırmağı ümid edirik”.

Prezident Rəcəb Tayyib Ərdoğan və Vatikan Dövlət Başçısı Papa XIV Leo ikitərəfli görüşdən sonra dünyanın üçüncü ən böyük kitabxanası hesab edilən Prezident Kitabxanasındakı Cihannüma Salonunda birgə mətbuat konfransı keçirəcəklər. Bu, eyni zamanda Cihannüma Salonunda təşkil olunacaq ilk mətbuat konfransı olacaq.

“Dünya, kainat” mənasını verən “cahan” və “görən, göstərən” anlamına gələn “nüma” sözlərinin birləşməsindən yaranan Cihannüma Salonu kitabxananın dünyaya açılan pəncərəsi kimi qiymətləndirilir. Bu salonda 100-dən çox ölkəyə aid, 134 dildə kitablar oxucuların istifadəsinə təqdim olunur.

Salonun nəhəng günbəzində Quranın Ələq surəsinin 4 və 5-ci ayələrinin türkcə tərcüməsi yazılıb: “O, qələmlə yazmağı öyrədən, insana bilmədiklərini öyrədəndir”.

Prezident Ərdoğan və Papa XIV Leo-nun Cihannüma Salonunda keçirəcəkləri birgə mətbuat konfransında Qəzzədə davam edən faciəyə diqqət çəkəcəkləri gözlənilir. Tərəflərin dünya ictimaiyyətinə İsrailin Qəzzaya hücumlarını dayandırması, bölgədə təcili atəşkəsin təmin edilməsi və humanitar vəziyyətin yüngülləşdirilməsi ilə bağlı çağırışlar edəcəyi gözlənilir.

İlhamə Qasımlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
yenisabah.az

2Sources