Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı şəhər DYP İdarəsi paytaxtda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə profilaktik tədbir keçirib.
"Cebheinfo.az" xəbər verir ki, tədbir zamanı aşkarlanan qayda pozuntularına dərhal reaksiya verilib, sürücü və piyadalarla profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub.
Həmçinin piyadaların yolun hərəkət hissəsinə qəfil çıxması, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının çirkləndiyi üçün görünməməsi, eləcə də yanqoşqusu olmayan motosiklet, moped, velosiped və kiçik elektrikli nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin yol kənarında ikinci və sonrakı cərgədə dayanması kimi qayda pozuntuları qeydə alınıb.
Qaydanı pozan hərəkət iştirakçıları ilə maarifləndirici söhbətlər aparılaraq təhlükəsizliyin vacibliyi bir daha diqqətə çatdırılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.