Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət ekosistemlərindən biri olan “Trendyol” 27 noyabr–2 dekabr tarixlərini əhatə edən “Əfsanə günlər” kampaniyasına start verib.
Kampaniya çərçivəsində məişət texnikası, ev və mətbəx ləvazimatları, geyim, kosmetika və baxım vasitələri də daxil olmaqla, 1500-dən çox kateqoriya üzrə alış-veriş daha əlçatan və sərfəli şərtlərlə təklif olunur.
Kampaniya müddətində “Trendyol”un Azərbaycandakı istifadəçiləri üçün xüsusi endirim mexanizmləri tətbiq edilir. İstifadəçilər NOYABR20 kodu vasitəsilə 20 faiz endirim qazanacaq, eyni zamanda, müxtəlif mağazalar tərəfindən təqdim edilən mağazaya özəl güzəştlər, 20, 30 və 40 faiz dəyərində kuponlar, eləcə də səbətə tətbiq olunan xüsusi endirimlər müştərilərin seçim imkanlarını genişləndirəcək.
“Əfsanə günlər” aksiya paketinə əlavə olaraq “Ultra Çarx”, “Paylaş-Qazan” və digər interaktiv kampaniyalar çərçivəsində istifadəçilərə əlavə bonuslar və kuponlar təqdim ediləcək. Bu, həm alış-veriş təcrübəsini daha dinamik edir, həm də istifadəçilərə əlavə qazanc imkanları yaradır.
Kampaniya müddətində ödəmə prosesləri də sadələşdirilib. “Birbank” taksit kartı sahibləri alış-verişlərini 2, 3 və 6 hissəyə bölməklə həyata keçirə, həmçinin “İndi al, sonra ödə” funksiyasından istifadə etməklə daha çevik ödəmə imkanı əldə edə bilərlər.
“Trendyol”un “Əfsanə günlər” kampaniyası həm endirimlərin miqyası, həm də təqdim edilən rahat ödəmə modelləri ilə Azərbaycandakı istifadəçilər üçün geniş imkanlar açır.