EN

“Neftçi”nin yeni baş məşqçisi kim olacaq? - NAMİZƏD VAR

Premiyer Liqada işləri heç də yaxşı getməyən “Neftçi” yeni mütəxəssis axtarışındadır.

“Yeni Sabah” xəbər verir ki, Samir Abbasovla yollarını ayıran “flaqman” hazırda Yuri Vernidubla danışıqlar aparır.

Ukraynalı çalışdırıcının Bakı təmsilçisinin təklifinə müsbət yanaşdığı deyilir.

Qeyd edək ki, “Neftçi” 12 turdan sonra topladığı 15 xalla 8-ci pillədə qərarlaşıb. “Ağ-qaralar” lider “Qarabağ”dan 11 xal geri qalır. 


Telegram kanalımız
Chosen
12
yenisabah.az

1Sources