Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə deyib. O bildirib ki, ixtisaslaşdırılmış tibbi xidmətlərin Xidmətlər Zərfi ilə əhatə olunması vətəndaşların daha geniş spektrdə xidmətlərdən yararlanmasına imkan verir:
"Əsas məqsəd yalnız xidmət çeşidini artırmaq deyil, həm də bu xidmətlərin ölkə üzrə bərabər şəkildə əlçatanlığını təmin etməkdir. İcbari tibbi sığorta təkcə maliyyə mexanizmi deyil. Sığorta vətəndaşın sağlamlığının qorunmasında onun yanında olan və tibbi yardıma çıxışı təmin edən sistemdir".
Hikmət İbrahimlinin sözlərinə görə, bu gün sığorta mexanizmi tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinə, həkimlərin peşəkar inkişafına və ən əsası vətəndaşın vaxtında, əlavə maliyyə yükü olmadan müalicə almasına şərait yaradır.
AzVision.az