ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
"Food Factory” kulinariya və şirniyyat evində oğurluq baş verib.
Qaynarinfo xəbər verir ki, müştərilərdən biri tanışı olan digər müştərinin mobil telefonundakı bank tətbiqinə daxil olaraq oradan öz hesabına 15 500 manat pul köçürüb.
Zərəçəkmişin şikayəti əsasında həmin şəxs saxlanılıb. Məlum olub ki, saxlanılan Cəsarət İbadov (şərti) başqa bir şəxsə qarşı da dələduzluq əməli törədib.
O, həmin şəxsə hərraca çıxarılmış "Çinar” soyuducu zavodunun 8000 manata, "Niva” markalı avtomobilin isə 5000 manata alınmasında ona köməklik ecəcək. Zərəçəkmiş Cəsarət İbadova inanaraq onun kart hesabına 13 000 manat pul göndərib. Lakin o, verdiyi vədi yerinə yetirməyib. Cəsarət İbadov dələduzluq cinayəti üzrə dəymiş ziyanı ödədiyindən və tərəflər barışdığından işə xitam verilib.
Oğurluq faktı ilə bağlı isə ona Cinayət Məcəlləsinin 177.2.3-1 (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Sahilə Bağırovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Cəsarət İbadov verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə ona 2 il 10 ay müddətə azadlığın məhdudlaşdırılmasına cəzası təyin edilib. Onun şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 8 ay 9 gün müddət bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.