EN

Azərbaycan TDT-yə üzv dövlətlərlə media sahəsində fəal əməkdaşlıqda maraqlıdır

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi təşkilatlardan biridir. Türk dünyası isə Azərbaycanın ailə hesab etdiyi bir platformadır. Bu çərçivədə əməkdaşlığımız həmişə prioritet istiqamətlər üzrə həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclasında Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib.

O qeyd edib ki, Medianın İnkişafı Agentliyi ötən il Daşkənddə keçirilən TDT-nin Media və informasiya üzrə işçi qrupunun toplantısı çərçivəsində qəbul edilən fəaliyyət planına uyğun olaraq işini davam etdirib. Həmçinin Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində TDT ilə birgə dəyirmi masa təşkil olunub və bu tədbirdə media nümayəndələri ilə son dərəcə məhsuldar müzakirələr aparılıb.

“Bununla yanaşı, bu ilin aprel ayında Qazaxıstanda keçirilən Media Forumunda iştirak etmişik. Qardaş Türkiyə ilə müxtəlif layihələr həyata keçirilib, Özbəkistanla bir sıra böyük layihələr icra olunub. Həmçinin 2024-cü ildə və cari ilin sentyabr ayında Özbəkistanla birlikdə media forumları keçirilib. TDT-yə üzv ölkələrlə birgə media nümayəndələrinin qarşılıqlı səfərləri təşkil olunub. Qırğızıstan tərəfi də Şuşa Qlobal Media Forumunda iştirak edib. Bütün bu fəaliyyətlər göstərir ki, Azərbaycan TDT-yə üzv dövlətlərlə müxtəlif sahələrdə, o cümlədən media sahəsində fəal əməkdaşlıqda maraqlıdır”, - deyə R.Bağırov vurğulayıb.

Chosen
11
4
ikisahil.az

5Sources