EN

“KTMT ölkələri Ermənistanın mövqeyinə hörmətlə yanaşır” – Putin

Rusiya prezidenti Vladimir Putin bildirib ki, KTMT ölkələri Ermənistanın bu təşkilatda iştirakla bağlı mövqeyinə hörmətlə yanaşır, çünki bu, onun seçimidir.

Busaat.az xəbər verir ki, Putin cbu barədə “İnterfaks”ın sualını cavablandırarkən deyib.

“Ermənistanın mövqeyi məlumdur, odur ki, erməni həmkarlarımızın bizə dediyi kimi, biz KTMT-nin qəbul etdiyi bütün qərarları dəstəkləyirik. Biz özümüzü KTMT-nin üzvü hesab edirik, lakin indiki mərhələdə bu təşkilatın iclaslarında iştirakdan çəkinirik.

Bu, onların seçimidir. Əgər onlar hələlik belə işləməyi mümkün hesab edirlərsə, yaxşı, razıyıq”.

O, həmçinin qeyd edib ki, KTMT-nin qalan üzvləri Ermənistan tərəfi ilə əlaqə saxlayır.

“Biz indi KTMT çərçivəsində işlərə rəhbərlik edən dövlət olaraq, əlbəttə ki, bu təşkilatın üzvləri kimi onlarla daimi təmasda olacağıq və əlbəttə ki, prioritetlərin hər biri üzrə hazırlayacağımız qərarları onlarla işləyəcək və razılaşdıracağıq”, – Putin bildirib.

Yeganə

Chosen
3
1
busaat.az

2Sources