EN

“Binaların altındakı obyektlər ciddi nəzarətdə olmalıdır” Ekspertdən XƏBƏRDARLIQ

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Son günlər yaşayış binalarında baş verən ardıcıl yanğınlar sakinlər arasında ciddi narahatlıq yaradıb. Xüsusilə də bir çox binaların birinci mərtəbəsində fəaliyyət göstərən kafe və restoranların, digər obyektlərin təhlükəsizlik tələblərinə nə dərəcədə əməl edib-etməməsi suallar doğurur. Çünki bu obyektlərdə ən kiçik ehtiyatsızlıq belə həm işçilər, həm də bütün bina sakinləri üçün faciəvi nəticələrə səbəb ola bilər.

Bəs bu kimi müəssisələrin fəaliyyəti nə qədər təhlükəsizdir və yanğınların qarşısını almaq üçün hansı qaydalara ciddi şəkildə əməl olunmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Rəşad Rza bildirdi ki, qaydalara düzgün əməl edilməlidir:

"Yəni orada naqillər daim yoxlanmalıdır və işığın verilməsi, güc vaxtında yoxlanmalıdır və həddi aşılmamalıdır, artıq yüklənməməlidir. Artıq yüklənmə olduğu zaman, vaxtı keçmiş naqillər, ehtiyatsızlıq və s. yanğınlar, partlayışlar törədə bilir. Ona görə də bunlara diqqət olunmalıdır. Gücə nəzarət edən strukturlar vaxtı-vaxtında yoxlama aparmalıdır ki, gələcəkdə dəhşətli faciələr baş verməsin".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
2
redaktor.az

3Sources