ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstanlı UFC üzrə yüngül çəki çempionu Merab Dvalişvili rusiyalı Pyotr Yanla qarşıdakı revanş döyüşü haqqında danışıb.
İdman.Biz xəbər verir ki, döyüş 7 dekabrda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək UFC 323 çərçivəsində baş tutacaq.
“O, Rusiyadandır, mən də Gürcüstandanam. Hər dəfə ruslarla yarışanda, biz qalib gəlməliyik”, - Dvalişvili Pound-4-Pound YouTube kanalına verdiyi müsahibədə deyib.
Merab Dvalişvili 34 yaşındadır. Gürcü döyüşçüsü UFC-də debütünü 2017-ci ildə edib. 2024-cü ilin sentyabrında o, amerikalı Şon O'Melli üzərində yekdil qərarla qələbə qazanaraq yüngül çəki dərəcəsində çempion titulunu qazanıb. Bundan sonra o, üç uğurlu müdafiəyə imza atıb.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.