EN

"Real" ötən il satdığı futbolçunu qaytaracaq

"Komo"nun futbolçusu Niko Pas İspaniyaya qayıdacaq.

Sportal.az xəbər verir ki, "Real" argentinalı hücumameyilli yarımmüdafiəçini transfer etməyi planlaşdırır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Kral klubu" Pası 2024-cü ilin yayında "Komo"ya 6 milyon avroya satıb. Klublar arasındakı anlaşmaya əsasən, "Real"ın 21 yaşlı ön xətt oyunçusunu 9 milyon avroya geri satınalma hüququ var. Madrid nəhəngi məhz bu maddəni işə salaraq Argentina millisinin üzvünü sıralarına cəlb edəcək.

Qeyd edək ki, Niko Pas bu mövsüm "Komo"nun heyətində İtaliya A Seriyasında meydana çıxdığı 12 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
13
1
sportal.az

2Sources