EN

Əhməd İsmayılov Özbəkistan nümayəndə heyəti ilə görüşdü

Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov arasında görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə Əhməd İsmayılov Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın TDT çərçivəsində yeni, daha strateji mərhələyə qədəm qoyduğunu bildirib.

O vurğulayıb ki, iki ölkə arasında informasiya mübadiləsinin genişləndirilməsi, media qurumları arasında tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı layihələrin həyata keçirilməsi bu əməkdaşlığın davamlı inkişafına əsas yaradır.

Xüsusilə "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi"nin icrasının qarşılıqlı fəaliyyəti daha sistemli, planlı və institusional bir müstəviyə daşıdığı diqqətə çatdırılıb.

Kobuljon Axmedov isə media sahəsində əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın ayrılmaz hissəsi olduğunu qeyd edib.

Chosen
170
18
publika.az

10Sources