EN

Çempionlar Liqasında namizədlər müəyyənləşdi

Çempionlar Liqasında 5-ci turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, siyahıya Kilian Mbappe (Real), Seru Girassi (Borussiya D), Vitinya (PSJ) və Pyer-Emerik Obameyanq (Marsel) layiq biliniblər. Girassi ilə Obameyanq bu tur 2, Vitinya 3, Mbappe isə 4 qol vurub.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Chosen
30
football-plus.az

1Sources