EN

Honkonqdakı yanğında ölənlərin sayı artdı

Honkonqun Tai Po rayonundakı yaşayış kompleksində baş verən güclü yanğında ölənlərin sayı 75-ə çatıb.

Bu barədə şəhərin Yanğın Xidmətləri Departamenti məlumat yayıb.

Qeyd edək ki, hadisə Honkonqun son illərdə qeydə alınan ən dəhşətli yanğınlarından biri kimi dəyərləndirilir. Yanğınsöndürənlər artıq ikinci gündür ki, Yeni Ərazilər bölgəsində yerləşən “Wang Fuk Court” çoxmərtəbəli yaşayış kompleksində alovla mübarizə aparırlar. 

Polis yanğınla bağlı “Prestige Construction & Engineering Company” şirkətinin iki direktoru və mühəndis-məsləhətçisini saxlayıb. İstintaq materialları yanğının sürətlə yayılmasına tikintidə normativlərə uyğun olmayan materiallardan istifadənin səbəb ola biləcəyini göstərir. 

Xatırladaq ki, 1980-ci illərdə inşa olunmuş və təqribən 4 800 sakin, xüsusən yaşlı şəxslərin yaşadığı kompleksdə genişmiqyaslı təmir işləri aparılırdı. Təxminən 900 nəfər yanğından sonra müvəqqəti sığınacaqlara təxliyə edilib.

"Cebheinfo.az"

Chosen
14
3
cebheinfo.az

4Sources