UEFA İntizam Komitəsi “Qarabağ”ı cəzalandırıb.
Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə “Çelsi” ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı səbəb olub.
Məlumata görə, “Qarabağ” azarkeşləri rəqib futbolçusuna qarşı irqçi ifadələr səsləndiriblər. Bu səbəbdən UEFA klubun 5000 avro məbləğində cərimələnməsi barədə qərar qəbul edib.
Bundan əlavə, klub növbəti ev oyununu azarkeşsiz keçirmək şərti ilə cəzalandırılıb. Əgər “Qarabağ” azarkeşləri bu müddət ərzində təkrar irqçi hərəkətlərə yol verərlərsə, cəza qüvvəyə minəcək.
ÇL: Həftənin oyunçusu adına namizədlər bəlli olub
ÇL: “Arsenal” “Bavariya”ya, PSJ “Tottenhem”ə qalib gəlib - YENİLƏNİB
ÇL: Mbappenin pokeri “Real”a qələbə qazandırdı
DÇ-2026: Səbətlər bəlli olub
Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib"