EN

“Fənərbağça” “Ferensvaroş”la heç-heçə etdi, "Roma" və “Portu”dan qələbə

UEFA Avropa Liqasının əsas mərhələsində V turun oyunlarına start verilib. 

90deqiqe.Az xəbər verir ki, İtaliya təmsilçisi “Roma” doğma meydanda Danimarkanın “Midtüllann” klubuna 2:1 hesabı ilə qalib gəlib. İngiltərənin “Aston Villa” komandası isə öz meydanında İsveçrə təmsilçisi “Yanq Boyz”u eyni hesabla məğlub edib.

Portuqaliyanın “Portu” klubu Fransanın “Nitsa” komandasını 3:0 hesabı ilə üstələyib. İstanbulda keçirilən görüşdə “Fənərbağça” Macarıstanın “Ferensvaroş” komandası ilə qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Niderland təmsilçisi “Feyenoord” Şotlandiyanın “Seltik” klubuna 1:3 hesabı ilə uduzub. Fransanın “Lill” komandası Xorvatiya çempionu “Dinamo” (Zaqreb) üzərində 4:0 hesablı inamlı qələbə əldə edib.

Bolqarıstanın “Ludoqorets” klubu öz meydanında səfərdən gələn “Selta”nı (İspaniya) 3:2 hesabı ilə məğlub etməyi bacarıb. Yunanıstanın PAOK komandası Norveçin “Brann” klubu ilə görüşdə 1:1 hesablı bərabərliyə razılaşıb.

Çexiya təmsilçisi “Viktoriya” (Plzen) Almaniyanın “Frayburq” komandası ilə qolsuz heç-heçə edib — 0:0.

Chosen
55
90deqiqe.az

1Sources