EN

“Mübarizəyə davam edirik” Medina

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Mənim üçün narahat olan hər kəsə çox təşəkkür edirəm, minnətdaram”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun mərkəz müdafiəçisi Kevin Medina öz instaqram hesabında yazıb.

O bildirib ki, özünü yaxşı hiss edir:

“Hər zamanki kimi işə qayıtmaq üçün səbirsizlənirəm. Mübarizəyə davam edirik”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda keçirilən “Napoli” – “Qarabağ” qarşılaşmasının 50-ci dəqiqəsində Kevin Medina rəqib komandanın atdığı top zərbəsindən sonra yıxılaraq huşunu itirmişdi. Həkimlərin köməyindən sonra kolumbiyalı oyunçu oynamağa qərar versə də, bir neçə dəqiqə sonra yenidən halı pisləşdiyi üçün meydandan çıxarılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
95
1
qafqazinfo.az

2Sources