EN

Hikmət Hacıyev Aİ-nin komitə üzvləriniZəngəzur dəhlizi barədə məlumatlandırıb

BAKI, 28 noyabr. TELEQRAF

Brüsseldə Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin üzvlərinin növbəti görüşü keçirilib. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

Prezidentin köməkçisi görüş barədə yazıb:

“Bu gün Brüsseldə biz Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə Azərbaycan–Aİ əməkdaşlığının dərinləşdirilməsinə dair əsaslı müzakirələr apardıq. Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkaya minnətdaram.

Mən Komitəyə Azərbaycanın regionda irəli sürdüyü sülh gündəliyi, o cümlədən sülhün iqtisadi faydaları, Zəngəzur dəhlizinin inkişafı və etimad quruculuğu tədbirləri barədə məlumat verdim.Komitə üzvlərinə Aİ ilə əməkdaşlığımızı və tərəfdaşlığımızı gücləndirmək üçün gələcək addımları tam dəstəklədiklərinə görə təşəkkür edirəm.”

Görüşdə Azərbaycan–Aİ əməkdaşlığının perspektivləri, regional təhlükəsizlik məsələləri, iqtisadi inteqrasiya və sülh prosesinin dəstəklənməsi üzrə müzakirələr aparılıb.

Chosen
94
7
teleqraf.com

10Sources