BAKI, 28 noyabr. TELEQRAF
Parisin Luvr muzeyinə giriş biletlərinin qiyməti qeyri-Avropa iqtisadi zonasına daxil olmayan ölkələrdən gələn ziyarətçilər üçün 45% artırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Agence France‑Presse" muzey administrasiyasına istinadən məlumat yayıb.
Yeni qaydalara əsasən, həmin turistlər üçün giriş bileti 32 avro təşkil edəcək. Gözlənilir ki, qiymət artımı 2026-cı il 14 yanvar tarixindən etibarən qüvvəyə minsin və Avropa İttifaqı, eləcə də İslandiya, Lixtenşteyn və Norveçdən kənar ölkələrdən gələn ziyarətçilərə şamil olunsun.
Qərarın Fransa hökuməti tərəfindən təsdiqləndiyi bildirilib.