Hindistanın ucqar bölgəsində yerləşən elektrik stansiyasında çalışan texnik ölüm təhlükəsi ilə üzləşib. O, stansiyanın kənar hissəsindəki mexanizmi açmağa gedərkən sıx kolluqlardan təxminən dörd metr uzunluğunda piton qəfil hücum edib.
Hadisə yerindən bir qədər aralı işləyən həmkarları bir neçə dəqiqə sonra çığırtıları eşidərək köməyə qaçıblar. Xilasetmə qrupu texniklə piton arasında gedən ölümcül mübarizəyə müdaxilə edib. İlan uzun müddət qurbanını buraxmaq istəməsə də, əməkdaşların birgə səyi ilə ondan ayrılmağa məcbur edilib.