EN

ABŞ-da 19 ölkə vətəndaşlarının yaşıl kartları yenidən yoxlanılacaq

Bakı, 28 noyabr, AZƏRTAC

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) Əfqanıstan da daxil olmaqla, 19 “narahat ölkədən” gələn xarici vətəndaşların yaşıl kartlarını yenidən yoxlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə USCIS direktoru Cozef Edlou sosial mediada yazıb. O, ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən, narahatlıq doğuran ölkələrdən olan bütün xarici vətəndaşların yaşıl kartların yenidən tam və hərtərəfli yoxlanılması barədə tapşırıq verdiyini bildirib.

Bu açıqlama ABŞ Milli Qvardiyasının iki əsgərinin Ağ Ev yaxınlığında güllələnməsindən bir gün sonra verilib. Əfqanıstan vətəndaşı olan şübhəli şəxs ABŞ-a 2021-ci ildə daxil olub.

 

Chosen
187
7
azertag.az

8Sources