EN

Ən çox sığorta ödənişləri bu rayonlardakı fermələrə ödənilib RƏSMİ

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

"2025-ci ildə ən çox qeydə alınan zərər ödənişləri Ağcabədi rayonunda həyata keçirilib. Bu, daha çox dolu hadisəsi ilə bağlıdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.

O əlavə edib ki, daha sonra Ağdam, Xaçmaz və Tərtər rayonlarını qeyd etmək olar:

"Artıq beynəlxalq iqlim dəyişikliyi baş verir. Bu da təbiət hadisələrində öz əksini tapır. Fermerlərin buna marağı ildən-ilə artır. Artıq fermerlər Aqrar Sığorta Fondunda ödənişlər həyata keçirməklə həm sığorta mexanizmini başa düşür, həm də öz bağlarını, gəlirlərini risk altına almamaqda maraqlıdır.

Aqrar Sığorta Fondunda bitki xəstəlik və zərərvericilərlə bağlı təminat altına alınmış risklər də var. Bu Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinin qərarına əsasən karantin rejimində olan xəstəliklər dövlət hesabına ödənilir. Digər bitki xəstəliyi və zərərvericilərlə bağlı hadisələr isə Aqrar Sığorta Fondu tərəfindən təminat alınta alınmış fermerlərə ödənişlər həyata keçirilir".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
1
baku.ws

2Sources