"Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu həqiqətən də mənim evimdə məhkəmə prosesləri aparır2.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak yerli KİV-ə açıqlamasında deyib.
"Müstəntiqlər heç bir maneə ilə üzləşmir. Onlara mənzilə tam giriş imkanı verilib. Vəkillərim hadisə yerindədir və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. Mən tam əməkdaşlığı təmin edirəm", - o qeyd edib.