EN

MÜTDA: Bu il rekord sayda şagird bilik yarışına qatılıb

Bu il ilk dəfə olaraq rekord sayda - 350 minə yaxın şagird bilik yarışına qatılıb.

APA xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

Eşqi Bağırov qeyd edib ki, 2017-ci ildən etibarən Azərbaycan məktəblərində rəqəmsal bacarıqlar layihəsi icra olunur: “İlk dəfədir ki, bu miqyasda iştirakçılıq təmin olunub və bu gün artıq bu yarış nəticəsində qalib olan və yüksələn şagirdlərimiz bu məkanda öz bacarıqlarını sınayırlar”.

Direktor qeyd edib ki, yekunda 30 nəfər şagird qalib olacaq və mükafatlandırılacaq.

Chosen
54
8
apa.az

10Sources