EN

Bakıda iş yoldaşını stəkanla öldürən şəxsə ağır cəza istənildi

Bakıda iş yoldaşının başından stəkanla vurub onu öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

 Bakı Ağır CinayÉ™tlÉ™r MÉ™hkÉ™mÉ™sinin hakimi Elnur Nuriyevin sÉ™drliyi ilÉ™ keçirilÉ™n iclasda dövlÉ™t ittihamçısı çıxışı zamanı tÉ™qsirlÉ™ndirilÉ™nin 12 il 6 ay azadlıqdan mÉ™hrum edilmÉ™sini mÉ™hkÉ™mÉ™yÉ™ tÉ™klif edib.

Zərərçəkənin hüquqi varisi isə ona daha ağır cəzanın verilməsini məhkəmədən xahiş edib. Müdafiə vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses dekabrın 5-nə təyin edilib.

Xatırladaq ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. İttihama görə, M.Abdullayev mübahisə zəminində masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Sonra yumruqla ona zərbələr vurub. Bahadur Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Chosen
23
12
7news.az

10Sources