EN

Polşa Ukraynadan korrupsiya qalmaqalına görə izahat tələb etdi

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukraynada yüksək vəzifəli şəxslərlə bağlı baş verən korrupsiya qalmaqalına münasibət bildirib və rəsmi Kiyevdən izahat tələb olunduğunu açıqlayıb.

News365.az xəbər verir ki, nazirin bu reaksiyası Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) prezident Volodimir Zelenskinin administrasiya rəhbəri Andrey Yermakın evində apardığı axtarışlardan sonra gəlib.

Məlumata görə, axtarışlar Zelenskinin yaxın dostu, iş adamı Timur Mindıçla Ukraynanın enerji sektorunda korrupsiya sxemlərinin araşdırıldığı "Midas" əməliyyatının tərkib hissəsidir. Bu barədə "Financial Times"ın Kiyev müxbiri Kristofer Miller məlumat verib.

Kosinyak-Kamış bildirib ki, baş verənlər Qərb ölkələri üçün narahatlıq doğurur:
“Bu, Polşa və Qərbi Avropa üçün xoş xəbər deyil. Biz Ukraynadan aydın izahat gözləyirik. Ukraynaya dəstək strategiyamız dəyişmir, çünki təhlükəsizlik baxımından buna ehtiyac var. Amma korrupsiya ilə mübarizədə şəffaflıq olmadan Avropa İttifaqına inteqrasiya mümkün deyil”.

Nazir əlavə edib ki, yüksək səviyyəli korrupsiya şübhələri davam edən sülh danışıqlarına da mənfi təsir göstərir.

News365.az

Chosen
5
news365.az

1Sources