EN

Ölkəmizdə qızılca ilə bağlı SON VƏZİYYƏT

“Uşaqlar arasında qızılca xəstəliyinə iki-üç aydır, rast gəlmirik. Qızılca ilə bağlı vəziyyət yaxşıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Şəmkir rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Mirəhməd Səbəbçu jurnalistlərə açıqlamasında deyib.

Uşaqların peyvəndlənməsi məsələsinə münasibət bildirən həkim bildirib ki, bəzi yayınmalar olur:

"Uşaqların peyvəndlənməsi ən vacib məsələdir. Biz bununla bağlı mütəmadi maarifləndirmə işləri aparırıq və bu, həkim kimi bizim borcumuzdur. Mənim xəstələrimin əksəriyyəti peyvəndli xəstələrdir".

Şöbə rəhbəri onlara daha çox mövsümi xəstəliklərlə bağlı müraciət olunduğunu qeyd edib:

"Şöbədə 7 həkim fəaliyyət göstərir ki, onlardan biri Türkiyədə təhsil almış uzman həkimdir, biri isə rezudentura təhsillidir. Digərləri də kifayət qədər təcrübəyə malikdirlər. Şöbədə 30 çarpayı var. Gündəlik ambulatoriya ilə bərabər 150-200 müraciət daxil olur. Onlardan 4-5 xəstəni stasionar yatış üçün qəbul edirik. Müraciətlər əsasən mövsümi xəstəliklər, viruslarla bağlı olur. Bundan əlavə, digər xəstəliklərlə bağlı diaqnoz qoyub, ehtiyac olarsa, paytaxta köçürüruk".

Günay Şahmar, Bizim.Media

Chosen
13
1
bizim.media

10Sources