Niderland millisinin əfsanəvi futbolçusu Robin van Persi baş məşqçisi olduğu “Feyenoord”un heyətində oğlu Şakil van Persini meydana buraxıb.
Sitat.info xəbər verir ki, o, ötən gecə Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda “Seltik”lə matçda oğluna şans verib.
Ş.van Persi 49-cu dəqiqədə meydana çıxıb. O, bununla da Niderland klubunun heyətində debüt edib.