EN

Türkiyə XİN İsrailin Suriyaya endirdiyi zərbələri suverenliyin pozulması adlandırıb

BAKI, 28 noyabr. TELEQRAF

"İsrailin Suriyanın Dəməşq vilayətinin Beyt- Cənn qəsəbəsinə endirdiyi hava zərbələri Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır".

Teleqraf xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

"İsrail bir daha nümayiş etdirdi ki, Dəməşqin kənarındakı Beyt-Cənn qəsəbəsinə hücumu Suriyanı məhv etmək məqsədi daşıyır. Suriyanın İsrail üçün heç bir təhlükə törətməməsinə baxmayaraq, Tel-Əvivin apardığı hərbi əməliyyatları Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozur, bölgədə dinc əhali və sabitliyə təhlükə yaradır", - Keçelinin bəyanatında deyilir.

Diplomat vurğulayıb ki, İsrailin Suriyanın öz ölkəsinə təhlükəsizlik, firavanlıq və sülh gətirmək səylərinə mane olmaq məqsədi daşıyan hücumları dərhal dayandırılmalıdır.

Qeyd edək ki, Suriya televiziyası İsrail ordusunun Beyt- Cənn kəndinə hava və artilleriya zərbələri endirməsi nəticəsində azı 13 nəfərin öldüyü, qadın və uşaqlar da daxil olmaqla ən azı 25 nəfərin yaralandığı barədə məlumat yayıb.

Chosen
114
2
teleqraf.com

3Sources