EN

Rusiyada DƏHŞƏTLİ partlayış: Bənövşəyi tüstü buludu yarandı

Ajans.az xəbər verir ki, bu barədə "ArbatMedia" məlumat yayıb. Yasnı şəhərinin sakinləri partlayışı raketin buraxılışı zamanı baş verən qəza ilə əlaqələndiriblər. Şahidlərin sözlərinə görə, raket havada parçalanıb. Vahid Dispetçer Xidməti təxliyəyə ehtiyac olmadığını bildirib. Qurum insanlar üçün heç bir təhlükə olmadığını bəyan edib.

Qeyd edək ki, Yasnı şəhəri Rusiyada strateji raket qüvvələri bazasının yerləşdiyi azsaylı yerlərdən biridir. Buradan nüvə başlığı daşıya bilən raketlər də daxil olmaqla, uzunmənzilli raketlərin buraxılışı həyata keçirilə bilər.

Chosen
40
Ajans.az

1Sources