EN

Başqa yataqxanalara köçmək istəmirlərVİDEO

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində illərdir məskunlaşan keçmiş məcburi köçkünlərə başqa yataqxanalara köçürüləcəkləri bildirilib.

Xezerxeber.az-ın xəbərinə görə, belə ki, 35 ailə 32 ilə yaxındır Sabir küçəsində yerləşən, keçmiş “Spartak pioner lageri”ndə yaşayır.

Onlar deyirlər ki, hazırda köçürülmələri nəzərdə tutulan yataqxanaların bir neçəsi elə Şüvəlanda yerləşir. Digəri isə Biləsuvarda keçmiş qaçqın şəhərciyidir. Sakinlər iddia edirlər ki, onlara təklif edilən yataqxanalarda vəziyət daha da acınacaqlıdı və orada şərait yaşadıqları indiki yerdən daha ağırdır.

Sakinlər bildirirlər ki, doğma torpaqlara böyük ümidlə qayıdacaqları günə qədər ən azı indiki evlərində yaşamaq istəyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Chosen
52
xezerxeber.az

1Sources