EN

Gəncədə minik avtomobili aşdı - xəsarət alanlar var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 2001-ci il təvəllüdlü İ. Haqverdiyev, 2004-cü il təvəllüdü H. Məmmədov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə
  • Gəncədə
  • Gəncədə
  • Gəncədə
Chosen
131
8
day.az

10Sources