EN

Qadınlar ən çox bu sahələrdə çalışır

2025-ci ilin yanvar ayının 1-i vəziyyətinə muzdlu işçilərin iqtisadi fəaliyyət növləri üzrə bölgüsü açıqlanıb. 

Dövlət Statistika Komitəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, müxtəlif fəaliyyət növləri üzrə qadınların sayı 722 147, kişilərin sayı isə 1058 194 nəfər olub.

Ümumilikdə cins üzrə 40,6 faiz qadınlar, 59,4 faiz kişilər təşkil edib.

Qadınların sayı kişilərdən üç fəaliyyət növündə-səhiyyə və sosial xidmətlərin göstərilməsində 55 faiz, təhsildə 47,2 faiz, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətdə 20,8 faiz çox olub.

Chosen
41
1
cebheinfo.az

2Sources